COVID-19 infeksiyana yoluxan və xəstəxanaların reanimasiya şöbələrinə yerləşdirilən xəstələrin sayı hər keçən gün artır.
Bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, həkim-infeksionist Sədrəddin Atakişizadə deyib.
O bildirib ki, reanimasiyalar dolub, xəstəxanalarda vəziyyət ciddidir.
Peyvənd olunmayanlar xəstələri ağır keçirir.
“Bütün tədbirlər əhalinin sağlamlığı, insanların məsuliyyətini dərk etmələri üçündür”,- deyə həkim -infeksionist qeyd edib.