Muğlada azərbaycanlı yanğınsöndürənlərə sürpriz edildi

  • 08.08.2021
  • 0

Muğlada azərbaycanlı yanğınsöndürənlərə sürpriz edilib. 

MediaBaku.az xəbər verir ki, yanğınların söndürülməsində iştirak edən FHN-in iki əməkdaşına Türk Qızılayı gözlənilməz jest edib. 

Ad günlərində meşə yanğınlarını söndürmək üçün çalışan soydaşlarımıza kiçik ad günü tortu hədiyyə edilib. 

Yanğınsöndürənlərimizi təbrik ediblər və xatirə şəkli çəkdirilib.