Qurban bayramına 10 gün qalmasına baxmayaraq, əksər vətəndaşlar pandemiya şəraitinə uyğun davranaraq qurbanlıq heyvanı indidən alıblar. Xezerxeber.az-ın məlumatına görə, satıcılar deyirlər ki, alınan heyvanlar nömrələnərək, bayram gününə kimi xüsusi yerlərdə saxlanır, boynuna isə yiyəsinə məxsus telefon nömrəsinin qeyd olunduğu birka taxılır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: