AZ
Video yüklə

Qəbul imtahanları bu formatda keçirilə bilər

80 baxış Son xəbərlər
Qəbul imtahanları bu il əvvəlki formatda keçirilməyə bilər. Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn qaydada keçirdiyi mətbuat konfransında deyib. İmtahan modeli və qrafiki üzərində ciddi iş aparıldığını bildirən Məleykə Abbaszadənin sözlərinə görə, imtahanların keçiriləcəyi tarix Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı verdiyi qərardan asılıdır. Məleykə Abbaszadə onu da bildirib ki, fevral və mart aylarında keçirilən imtahanlarda iştirak edən namizədlərin temperaturu ölçülürdü. Növbəti dəfə keçiriləcək imtahanlarda da temperaturu olan şəxslər imtahana buraxılmayacaqlar. Bununla yanaşı, imtahanda abituriyentlərin oturuş qaydalarında da bir sıra dəyişikliklər ediləcək. Məleykə Abbaszadə ən gözlənilməz ehtimallar üçün də imtahan modelləri üzərində işlədiklərini bildirib. Onun szölərinə görə, dünya təcrübəsində tətbiq edilən modellər də müzakirə mövzusudur. Məleykə Abbaszadə onu da qeyd edib ki, abituriyentlərə hərbi xidmətdən güzəşt nəzərdə tutulmayıb. Keçid balları isə müsabiqə şərtlərindən asılı olacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.