Neftin son qiyməti
91 baxış
Son xəbərlər
"Qara Qızıl" beş gündür ki, bahalaşır Neftin qiyməti bir günə 39% artıb. Neft hasilatının azaldılması ilə bağlı OPEC+ razılaşmasının qüvvəyə minməsi özünü neftin qiymətində göstərməyə başlayıb. Aprelin 27-dən bahalaşan "qara qızıl" ötən gün 39% qiymət artımı nümayiş etdirib. Bahalaşmaya təsir edən əsas amillərdən biri gözləntilərin əksinə olaraq birs sıra ölkələrdə karantin rejiminin daha tez yumşaldılması və bunun nəticəsində neftə tələbatın artmasıdır. Digər tərəfdən Birləşmiş Ştatların neft anbarları əvvəlki həftələrlə müqayisədə ötən həftə 40 faiz daha az sürətlə dolub. Bununla bərabər son 7 həftədə ABŞ-dakı qazma qurğularının sayı 52 faiz azalıb. Ekspertlər belə qənaətə gəliblər ki, ABŞ-ın neft hasilatı may ayında, mart ayı ilə müqayisədə gündəlik 2 milyon barel həcmində azalıb və ilin sonuna qədər bu azalma daha da arta bilər. Eyni zamanda dünyanın 4-cü ən böyük neft hasilatçısı olan Kanadanın qazma qurğularının sayında da kəskin azalma müşahidə olunub. "Qara qızıl" 5 gündür ki, bahalaşır Hazırda Kanadada yalnız 7 qazma qurğusu aktiv fəaliyyət göstərir. Ekspertlərin qənaətinə görə, Kanadanın gündəlik neft hasilatı ilin sonuna qədər 2 milyon barelə çata bilər. Və əlbəttə ki, OPEC plus formatının razılaşması.... Ekspert OPEC plus formatının qəbul etdiyi razılaşmanı əhəmiyyətli hesab etsə də, hazırda bazarda tələb və təklif arasındakı 30 milyon barellik disbalansı tənzimləmək üçün kifayet etmədiyini deyir. Amma bu razılaşma ölkələrə əlavə vaxt qazandıracaq. Emin Axundzadə qiymətlərdə kəskin bahalaşmanı gözləməyin hələ tez olduğunu deyir. Çünki postpandemiya dövründə insanlar müəyyən müddət turizm səyahətlərini təxirə salacaqlar. Neftə tələbatın artmasını isə yalnız 4-cü rübdən etibarən gözləmək olar. Bu zaman neft hasilatının həm təbii yolla, həm də OPEC+ razılaşması çərçivəsində azalması, qiymətlərin yenidən 40-45 dollar səviyyəsinə qayıda biləcəyini deməyə əsas verir. Əlbəttə ki bu, Azərbaycan neftinə də təsir edəcək. Azərbaycan nefti bahalaşıb Bahalaşmaya səbəb "OPEC+" razılaşması və karantinin yumşaldılmasıdır Qeyd edək ki, OPEC+ razılaşmasının şərtlərinə əsasən, hasilatın müvəqqəti məhdudlaşdırılması 2020-ci ilin may və iyun ayları, 2020-ci ilin iyul-dekabr ayları arasında və 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında olmaqla, üç dövrü əhatə edir. Birinci dövrdə hasilatın yüksək nisbətdə azaldılması, sonrakı dövrlərdə isə tədricən bərpa edilməsi nəzərdə tutulur. Beynəlxalq razılaşmaya əsasən, 2020-ci ilin may və iyun aylarında Azərbaycan üzrə gündəlik hasilat, 554 min bareldən, iyul-dekabr aylarında 587 min, 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında isə 620 min bareldən yuxarı olmamalıdır. Beləliklə, cari ilin may-iyun aylarında ölkə üzrə xam neft hasilatının 2020-ci il üzrə təsdiq edilmiş plan göstəricilərinə nisbətən, gündəlik olaraq, 96 min, iyul-dekabr aylarında 63 min, 2021-ci ilin yanvar - 2022-ci ilin aprel ayları arasında isə 30 min barel həcmində azaldılması nəzərdə tutulur. Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar ucuzlaşaraq 26,44 dollar, Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,94 dollar artaraq 19,78 dollar təşkil edib. "Azeri Light" nefti də bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,59 ABŞ dolları artaraq 23,51 dollar təşkil edib.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.