AZ
Video yüklə

Neftimiz bahalaşdı

39 baxış Son xəbərlər
Həftə ərzində ən yüksək göstərici 66,98 dollar təşkil edib
Bu həftə ərzində dünya bazarında "Azeri Light" markalı neftin 1 barelinin orta qiyməti 65,88 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,73 dollar və ya 2,7% çoxdur.

Həftə ərzində ən yüksək göstərici 66,98 dollar təşkil edib, ən minimal göstərici isə 64,57 dollar səviyyəsində olub.

Ekspert İlham Şabanın sözlərinə görə, qiymətin bahalaşmasının səbəbi Amerika Enerji Admistasiyasının ABŞ-da neft hasilatı ilə bağlı açıqladığı göstəricilərdə neft istehsalında milyon barel azalmanı qeyd etməsidir. Bu Amerika tarixi üçün görülməmiş bir hadisə idi.

İlham Şaban deyir ki, bundan sonra göstəricilərin aşağı və ya yuxarı olması bazara daxil olacaq informasiyalardan asılıdır.

Əgər Çin daha az neft idxal etməli olsa, bu bazar qiymətlərinə öz təsirini göstərəcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.