Müəllimənin videosunu təhqiramiz səslə montaj etdi

  • 22.10.2021
  • 0

Xüsusən tik-tok sosial şəbəkəsində müəyyən mahnılar, səslər var ki, o səsi bir çox videolara montaj edib paylaşırlar. Sözsüz burada dostlar arasında zarafat videoları və s. olur. Ancaq şagird və ya tələbənin icazəsiz olaraq, gizlin şəkildə müəllimənin videosunu çəkib onu təhqiramiz səslə montaj etməsi heç bir əxlaqi normaya sığmır. Təəssüf ki, "shumakher.888" hesabının sahibi belə bir addıma yol verib. İnanırıq ki, bu şəxsin əməlinə hüquqi səviyyədə qiymət verilib barəsində qanunamüvafiq tədbir görülüb ictimaiyyətə açıqlanacaq ki, başqaları da ibrət götürsün.

Nə düşünürsən?