Mingəçevirdə fəaliyyət göstərən iaşə obyektlərindən biri Nazirlər Kabinetinin 65 yaşdan yuxarı tənha şəxslərə sosial dəstəyin göstərilməsi ilə bağlı qərarına könüllü dəstək nümayiş etdirib.
Xezerxeber.az-ın məlumatına görə, restoranda tənha yaşlı insanların bir qrupu gün ərzində təmənnasız olaraq yeməklə təmin edilir.
Restoranın administratoru Vüqar Səlimov deyib ki, məqsədləri yaşlı insanlara dəstək olmaqla yanaşı digərlərini də sosial məsuliyyət nümayiş etdirməyə sövq etməkdir.
Restoran rəhbərliyinin bu qərarı ahıl sakinlər tərəfindən də xoş qarşılanıb.
78 yaşlı şəhər sakini Sevil Tağıyeva bu barədə fikirlərini böğlüşüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: