Məzarı Azərbaycanda olan Hacı Murad kimdir?

  • 14.06.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬

Məzarı Azərbaycanda olan Hacı Murad kimdir?

Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə Dağıstandan Azərbaycana gələn bir neçə nəfər Hacı Muradın cəsədinin qalıqlarını Qax rayonundakı məzarından oğurlayaraq, gizli yolla Dağıstana aparıb və iyun ayının 2-də Xunzaxda dəfn ediblər.

Bəs Hacı Muradın kim olduğunu bilirsinizmi?

1818-ci ildə Xunzaxda anadan olmuş Hacı Murad XIX əsrdə Qafqazda ruslara qarşı müharibənin qəhrəmanlarındandır. Milliyyətcə avardır.

Hacı Murad 1834-cü ildə qardaşı Osmanın Həmzət bəy Avarlıya qarşı təşkil etdiyi sui-qəsddə iştirak etməklə məşhurluq qazanır. Sonralar rus ordusu və avarlar arasında aparılan danışıqlarda vasitəçi olur.

1836-cı ildə Şeyx Şamillə gizli əlaqələr qurmaqda ittiham edilərək general Klüqenaunun əmri ilə həbs olunur və Temir-xan Şuraya göndərilsə də, yolda qaçmağa müvəffəq olur. Həmin vaxtdan etibarən onu bütün avar kəndlərinin naibi təyin edən Şamilə xidmət etməyə başlayır.

Hacı Murad həmin dövrlərdə demək olar ki, Qafqazdakı bütün hərbi əməliyyatlarında – xüsusilə də ruslara qarşı 1843-cü ildəki döyüşlərdə iştirak etmiş və vacib rola malik olmuşdur.

1851-ci ildə Tabasarana yürüşü uğursuzluqla nəticələnir. Bir versiyaya görə bundan sonra Şeyx Şamillə münasibətləri pozulur, arasında düşmənçilik yaranır. Hətta Hacı Muradın ailəsi Şamilin əlində girov qalır. Həqiqi düşmən isə onun Şeyx Şamillə ixtilafdan yararlanmaq istəyir. Ruslar onun dağlılar arasındakı hörmətindən istifadə edərək, dağlıları öz tərəflərinə çəkmək məqsədilə Hacı Muraddan istifadə edirlər.

Təxminən 1 il ruslara xidmət edən Hacı Murad işğalçıların tərəfində daha qala bilmir və öz dəstəsi Dağıstana keçmək üçün qaçmağa cəhd göstərir. Silahdaşları ilə rusların nəzarəti altında olduğu Nuxa qalasından qaçan Hacı Murad Qaxın Tanqıt kəndi yaxınlığında İlisu pristavı kapitan Hacı Ağa və oğlu kornet Əhməd xanın başçılıq etdiyi dəstə və sonradan onların köməyinə gələn Nuxa qalasının komendantı mayor Korqanovun rəhbərliyi altında olan kazaklar tərəfindən mühasirəyə alınır. 5 may 1852-ci ildə 11 saata yaxın davam edən döyüşdə Hacı Murad və silahdaşları öldürülür. Hacı Muradın başı kəsilərək Tiflisə canişin Vorontsova göndərilir və bir müddət Tiflis yanğınsöndürmə deposunda saxlanıldıqdan sonra Çar I Nikolayın əmri ilə görkəmli rus anatomu və cərrahı N.N.Piroqova göndərilir. Hacı Muradın başı N.N.Piroqov tərəfindən mumiyalandıqdan sonra Sankt-Peterburqdakı Böyük Pyotr adına etnoqrafiya və antropologiya muzeyində saxlanılır. Bədəni isə Qaxda dəfn edilmişdir.

Qeyd edim ki, Lev Tolstoy tərəfindən 1896-1904-cü illərdə dram janrında yazılmış “Hacı Murad” adlı qısa roman ona həsr olunub. Tolstoyun axırıncı romanı olan həmin əsər baş qəhrəman avar Hacı Muradın şəxsi ədavətinə görə hər zaman döyüşdüyü ruslarla əlbirlik etməsindən bəhs edir.

Musiqi: Anxious 3:58 Sextile Ambiyans | Karanlık

Nə düşünürsən?