Məktəblərin ətrafında sürət həddi 30 km/saat olsun

  • 21.05.2021
  • 0

“Azərbaycan Milli Avtomobil Klubu” (AMAK) İctimai Birliyi BMT-nin Qlobal Yol 
Hərəkəti Təhlükəsizliyi Həftəsi çərçivəsində təhsil müəssisələrinin rəhbərliyi, 
valideynlər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün onlayn 
seminarlar təşkil edib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi , Bakı şəhər Təhsil İdarəsi, 
Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Təhlükəsiz və Davamlı Nəqliyyat üzrə 
Şərq Alyansının (EASST) fəal dəstəyi ilə keçirilən tədbirlər iki gün davam edib.
Ölkəmizin yol-piyada təhlükəsizliyi ilə bağlı prioritetlərini, eləcə də BMT-nin qlobal 
yol təhlükəsizliyi çağırışlarını əsas götürərək insanların və nəqliyyatın sıx olduğu 
yerlərdə, eləcə də məktəb ətraflarında sürət həddinin 30 km/saata endirilməsi ilə bağlı 
təkliflərin, bununla yanaşı yol-nəqliyyat hadisələrinin sayının və uşaq travmatizminin 
minimuma endirilməsi üçün birgə fəaliyyət imkanlarının müzakirəsinə həsr olunan 
onlayn görüşə əvvəlcə paytaxtın 45, 243 və 186 nömrəli tam orta məktəblərinin 
direktorları, təhsil işçiləri və valideynlər, növbəti gün isə dövlət qurumlarının, beynəlxalq 
və yerli qeyri-hökumət təşkilatlarının, həvəskar klubların nümayəndələri, həmçinin 
müstəqil ekspert və jurnalistlər qatılıb.
Onlayn görüşdə AMAK nümayəndələri tərəfindən BMT-nin Qlobal Yol Hərəkəti 
Təhlükəsizliyi Həftəsinin tarixi, yüksək sürətin yaratdığı təhlükə, yaşayış ərazilərində, 
xüsusilə məktəb ətraflarında sürətin 30 km/saat müəyyən edilməsinə nail olmaqla qəza 
risklərinin azaldılması haqqında geniş məlumat verilib, infoqrafika və digər əyani 
vəsaitlər nümayiş olunub.
Hər iki tədbirdə çıxış edən DİN-in Baş DYP İdarəsinin rəsmisi, polis polkovnik-
leytenantı Mübariz Ağayev ölkəmizdə qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin 
səbəbləri içərisində yüksək sürət amilinin başlıca yer tutduğunu, 2021-ci ilin ilk rübündə 
nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması nəticəsində 158 yol-nəqliyyat 
hadisəsinin baş verdiyini, nəticədə 69 nəfərin həlak olduğunu, 134 nəfərin isə 
yaralandığını bildirib, eyni zamanda hazırda icra olunan yol hərəkəti təhlükəsizliyinə dair 
Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, yol hərəkəti təhlükəsizliyi sahəsində 
maarifləndirmə, təbliğat-təşviqat işinin təşkilində vətəndaş cəmiyyəti institutları, xüsusilə 
KİV və QHT-lərlə birgə iştirakçılığa nail olunmasının, yol qəzalarında uşaq 
travmatizminin 50 faizədək azadılması ilə bağlı qarşıya qoyulmuş vəzifələrin həllində 
dövlət, məktəb və valideyn üçbucağının formalaşdırılmasının vacibliyini vurğulayıb. 
Bununla yanaşı, küçə və prospektlərdə hərəkət sürətinin 30 km/saat-a endirilməsi 
devizinin reallaşması üçün əvvəlcə uyğun zəmin hazırlamağı zəruri hesab edən dövlət 
rəsmisi, əks təqdirdə ciddi problemlərin də yarana biləcəyini qeyd edib.

Çıxış edən digər natiqlər - BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin 
Azərbaycan Təmsilçisi Rəşad Hüseynov, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan 
nümayəndəliyinin İctimai Səhiyyə İşçisi Fidan Talışinskaya, İnsan Yönümlü Şəhərlər 
Platformasının təsisçisi Anar Əliyev, Azərbaycan Jurnalistlər Şəbəkəsinin nümayəndəsi 
İsmayıl Fətəliyev, UAFA-nın təmsilçisi Çingiz Rəhmanlı və müstəqil ekspert Azər 
Allahverənov yol hərəkətinin təhlükəsizliyi sahəsində dövlət, vətəndaş cəmiyyəti və 
medianın birgə fəaliyyətinin əhəmiyyəti, yol hərəkətinin fəal iştirakçıları olan gənclər və 
uşaqlar arasında yüksək sürət səbəbindən ölüm hallarının qarşını alınması 
istiqamətində kompleks və daha mütəhərrik metodların hazırlanması, eləcə də küçə və 
prospektlərdə hərəkət sürətinin 30 km/saat-a endirilməsi devizinin reallaşması 
üçün əvvəlcə infrastruktur dəyişikliklərinin aparılmasının vacibliyi, habelə yollarda 
təhlükəsizlik mühitinin yaradılmasına hədəf qrupları arasında maarifləndirmə, təbliğat və 
təşviqat kimi praktiki işlərin geniş kontekstdə və miqyasda icra etməklə daha çox töhfə 
verə biləcəyi haqqında fikirlər səsləndirilib, sürətin azaldılması ilə bağlı irəli sürülən 
təkliflərin bir çoxunun konseptual əhəmiyyət kəsb etdiyini və bu səbəbdən onların tətbiqi 
ilə bağlı qərarların verilməsi üçün daha çox vaxt tələb olunduğu bildirilib.

Nə düşünürsən?