Patrulaz.az-a Moskva şəhərinin Varşava şossesi ərazisindən gələn videogörüntüdə polis əməkdaşının bir vətəndaşa şiddət tətbiq etdiyi anlar əks olunur. Polis əməkdaşının yol kənarında vətəndaşı yerə yıxaraq döyüb, yumruqlaması görünür. Şiddətə məruz qalan bu vətəndaşın başına gələnlər ərazidə olan əhalinin böyük etirazlarına səbəb olub. Hadisənin təfərrüatları hələlik məlum deyil və video ilə bağlı nə baş verdiyi dəqiq şəkildə açıqlanmayıb.