Rəhman Rəhmanov oğullarının məzarını ziyarət etdi

  • 17.03.2025
  • 0

Rəhman Rəhmanov oğullarının məzarını ziyarət etdi – Duyğusal anlar

Əməkdar artist Rəhman Rəhmanov "Bir gün" verilişində duyğusal anlar yaşayıb. Aktyor illər əvvəl itirdiyi oğullarının məzarını ziyarət edərkən göz yaşlarını saxlaya bilməyib.

Sevdiklərinin ruhuna dualar oxuyan sənətkar, həyatının ən ağır günlərini xatırlayaraq dərin kədərini dilə gətirib. Veriliş zamanı Rəhman Rəhmanov övlad itkisini hələ də qəbul edə bilmədiyini və bu ağrının heç zaman keçmədiyini bildirib.

Aktyorun hiss dolu sözləri tamaşaçılara da təsir edib, onu izləyənlər sosial şəbəkələrdə aktyora dəstək mesajları ünvanlayıblar. Rəhman Rəhmanovun bu ziyarəti, valideyn üçün övlad itkisini nə qədər böyük bir yara olduğunu bir daha gözlər önünə sərib.