Bakıda məktəblilərin bir-birilə zarafatı qanla bitib.
9-cu sinif şagirdi özündən bir sinif aşağı pillədə təhsil alan şagirdə kəsici alətlə xəsarət yetirib.
Hadisə mayın 17-də Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 nömrəli tam orta məktəbdə qeydə alınıb. Hadisə zamanı xəsarət alan məktəbli dərhal xəstəxanaya aparılıb.
Məktəbin direktoru Əbülfət Bağırov "Xəzər Xəbər"ə deyib ki, mayın 17-i günü hadisəni törədən məktəbli dərsə gəlməyib. O, sinif otağına pəncərədən daxil olaraq xəsarət yetirdiyi şagirdlə zarafatlaşıb. Daha sonra isə bu hadisə baş verib.
Direktor xəsarət alan məktəblinin səhhəti barədə də danışıb.
O da bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən məktəbli ilə bağlı bundan əvvəl də polisə müraciət edilib. Hazırda fakt üzrə polisdə araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: