ABŞ-ın Texas ştatının Yuvald şəhərindəki orta məktəbdə atışma baş verib.
Atışma zamanı ölənlərin sayı 21 nəfərə çatıb.
Həyatını itirənlərin 18-i uşaq, üçü isə böyük şəxslərdir.
Bildirilir ki, məktəbdə insanlara atəş açan şəxs yerli sakin, 18 yaşlı Salvador Romas olub. Onun hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirildiyi iddia edilir.