AZ
Video yüklə

Məcburi köçkün məktəblərinə qəbulla bağlı dəyişiklik

17 baxış Son xəbərlər
Məcburi köçkün ailələrindən olmayan uşaqlar məcburi köçkün məktəblərinə qeydiyyata düşə bilməyəcəklər.



Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı bütün siniflər üzrə digər rayonlardan olan uşaqların bu məktəblərə qəbul edilməsinə məhdudiyyət qoyulub.





Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, bu məhdudiyyətin qoyulması "Təhsil haqqında" qanunda da öz əksini tapıb.





Amma bu kateqoriyaya aid olmayan ailələrin uşaqlarının məcburi köçkün məktəblərinə qəbulunda bəzi istisnalar da var.





Məhəbbət Vəliyevanın sözlərinə görə, bütün ümumtəhsil məktəblərində uşaqlar üçün kifayət qədər yer olduğundan hər bir şagird qaydalar və ərazi üzrə aid olduğu məktəbdə təhsil almalıdırlar.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.