Lotereyada qazanıb milyoner oldu, narkotik alıb tutuldu - Fəhlənin dramı

  • 23.12.2018
  • 0

ABŞ-ın Nyu-York ştatında lotereyada 2 böyük uduşun qalibi olan şəxs həbs edilib. 


53 yaşlı Ceyms Kallahan  yol hərəkət qaydalarımı pozduğu üçün polis tərəfindən saxlanılıb. Axtarış zamanı onun avtomobilində təxminən 350 ədəd yalnız resept əsasında buraxılan dərman preparatları, eləcə də avtomat silahlar tapılıb. 


Kallahanın evində də axtarış aparan polis böyük miqdarda  kokain və marixuana aşkarlayıb. 


Qeyd edək ki, 2015-ci ilin noyabrında həmin vaxt tikintidə işləyən Kallahan lotereyada 700 min dollar udub. Tam bir il sonra o həmin lotereyadan daha bir böyük məbləğdə uduşun qalibi olub. 


Lakin narkotikə meyil edən Kallahan çox keçmədən bütün mal varlığını itirərək qarajda yaşamağa başlayıb. İtirdiklərini isə bank oğurluqları ilə geri qaytarmağa çalışıb. 

Nə düşünürsən?