AZ
Video yüklə

Koronovirusa yoluxmuş xəstələr üçün yeni müalicə mərhələsi

8 baxış Son xəbərlər
Azərbaycanda koronovirus infeksiyasına yoluxan xəstələr üçün yeni müalicə mərhələsi başlayacaq. Milli Hematologiya və Transfuziologiya Mərkəzi bununla bağlı layihə hazırlayıb. Artıq mərkəzin daxilində işçi qrupu da yaradılıb. Xezerxeber.az-ın məlumatına görə, bu müalicədə koronavorus infeksiyasına yoluxub və sağalan insanların qanından istifadə olunacaq. Qeyd edək ki, qan vermək istəyən hər kəs plazma müalicəsində donor ola bilməz. Koronavirus infeksiyasından əziyyət çəkən ölkələrdə, eləcə də qardaş Türkiyədə bu müalicədən istifadə olunmağa başlanıb. Plazma terapiya öz uğurlu nəticəsini verməkdədir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.