AZ
Video yüklə

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi elan edilib

9 baxış Son xəbərlər
Bu gün 9 illik orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi elan edilib.





Xezerxeber.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib ki, ixtisas seçmək hü­ququ olan abi­tu­ri­yent orta ixtisas təhsili müəssisələ­rinin dövlət hesa­bına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu­nu seçib, Abituriyentin elektron ixtisas seçimi ərizəsini doldurmalı və təsdiqləməlidir.





Xanlar Xanlarzadənin sözlərinə görə, ixtisas seçiminə yalnız nəzərdə tutulmuş meyarlara cavab verən şəxslər buraxılır. Əsas meyar fənlər üzrə bal məhdudiyyətidir. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.





Boş qalan plan yerlərinin sayına əsasən demək olar ki, minlərlə abituriyentin kolleclərə qəbul olmaq imkanı var.





Nəzərdə tutulan 12 ixtisas kodunun ardıcıllığını abituriyent özü müəy­yənləsdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi­qədən keçdiyi ixtisasların birin­cisinə yerləşdirilir. Elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.