Karantin rejimi qaydaları daha çox necə pozulur?
29 baxış
Son xəbərlər
Ölkədə koronavirus təhlükəsinin qarşısını almaq məqsədi ilə Bakıda və rayon yollarında postlar yaradılıb. Bu postlardan qanunun tələblərinə əməl etməklə keçən sürücü və sərnişinlərlə yanaşı qaydalara əməl etməyənlərdə olub. Bəs maraqlıdırhəmin şəxslər karantin rejimini hansıformada pozublar? Bəzisi avtomobilin yük yerində gizlənməklə, bəzisi təcili tibbi yardım avtomobilində, bəzisi də saxta arayış təqdim etməklə qaydaları pozub.Xüsusi karantin rejimi ilə əlaqədar Bakıda və bölgə yollarında qurulan postlarda bəzi sürücü və sərnişinlər hər vəchlə karantin rejiminin qaydalarını pozmağa çalışırlar. Daha çox qayda pozuntularının aşkar edildiyi postlardan biri də Bakı-Şamaxı yolunun 31-ci kilomterliyində yerləşən karantin postudur.Bu postda xidmət aparan polis baş inspketoru Seymur Fətullayevin sözlərinə görə, qaydanı pozamaq istəyən sürücü və sərnişinlər dərhal əməkdaşlar tərəfindən aşkar edilir. Bölgələrdə yaradılan karantin postlarında da bir rayondan başqa rayona keçmək üçün sürücü və sərnişinlərin fərqli bəhanə və yalanları ortaya çıxır. Bununla bərabər ayrı-ayrısirkətlərə eləcədə fəaliyyəti dayandırılmış müəssələrə məxsus saxta arayışlar təqdim edənlərdə mövcuddur. Bunlara baxmayaraq ,həmin şəxslər aşkar edilərək cərimə olunurlar. Məsələ burasındadır ki,hazırda xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşlar arasında təhlükənin sovuşduğu əhval-ruhiyyəsi yarana bilər.Ancaq koronovirus infeksiyasının təhlükəsinin hələ də qaldığı bir vaxtda,vətəndaşlara mövcud qaydalara riayət olunması tövsiyə olunur. Qeyd edək ki,Ümumilikdə aprel ayının birindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 44 min751 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.