Karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir
112 baxış
Son xəbərlər
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Şəmkir rayon polis şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidməti davam etdirir. Xezerxeber.az-ın məlumatına görə, rayon ərazisində patrul və stasionar postlar təşkil edilərək sürücülərin qaydalara əməl etməsinə nəzarət olunur. Yoxlamalar zamanı qoyulan tələblərə əməl etməyən, hətta sərxoş halda sərnişindaşıma ilə məşğul olan şəxs aşkarlanıb. Gün ərzində aparılan yoxlamalar zamanı tələblərə əməl etməyənlərlə yanaşı, avtomobillərində konstruksiya dəyişikliyi edən sürücülər də aşkar edilib. Onlar barəsində də qanunamüvafiq tədbirlər görülüb. Cəlilabadda da karantin rejiminin qaydalarını pozan şəxs saxlanılıb. Rayon sakini Siruz Kərimov idarə etdiyi avtomobillə polis əməkdaşları tərəfindən tutulub. Bu zaman onun icazə sistemində qeydiyyatdan keçmədən karantin qaydalarını pozduğu müəyyən edilib. Lakin o, polis əməkdaşlarının qanuni tələblərini icra etməyərək ərazidən uzaqlaşmaq istəsə də, saxlanaraq rayon polis şöbəsinə gətirilib. Həmin şəxs barəsin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.