Pandemiya səbəbindən məktəblər və hazırlıq kursları bağlı olsa da, onlar buraxılış imtahanından ən yüksək, 300 bal toplayıb. Dövlət İmtahan Mərkəzinin 29 iyul tarixində keçirdiyi buraxılış imtahanlarında maksimum nəticə əldə edən şagirdlər pandemiya dövründə Imtahana hazırlıq və uğurlarının sirrini Xəzər Xəbər-lə bölüşüb. Bu il hər kəsi narahat edən ən vacib məsələ şagird və abituriyentlərin buraxılış və qəbul imtahanları idi. Çünki, məktəblər və hazırlıq kursları bağlı, onlayn dərslər isə hər kəs üçün əl çatan deyildi. Buna baxmayaraq iradəsini ortaya qoyan bu şagirdlər yenə də hamını təəccübləndirməyi bacardı.Onlar buraxılış-qəbul imtahanlarından maksimum olan 300 balı toplayıblar. 1-ci qrup üzrə maksimum nəticə toplamış Nuri Nahid Natiq oğlu və 3-cü qrup üzrə eyni uğuru əldə etmiş Kərimli Əziz İlham oğlu XəzərXəbərə danışıb. Abituriyentlər həmçinin karantin dövrünün çətinlikləri və imtahana hazırlıq prossesinə etdiyi təsirlər barədə öz fikirlərini bildirib. Onu da qeyd edək ki, bu imtahanlarda 6 nəfər isə 297.1 bal toplayıb.