AZ
Video yüklə

İlk dəfə dəri məhsullarının ixracına başlanılır

15 baxış Son xəbərlər
İlk dəfə olaraq Azərbaycandan işlənmiş dəri ixrac olunacaq.

Heyvan mənşəli qeyri qidalardan Avropa İttifaqı ölkələrinə dəri ixracına icazə verilir: Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi Baş Direktorluğu ilə danışıqlar aparılıb və ölkəmizdə ilk dəfə olaraq yerli dəri emalı müəssisələri tərəfindən istehsal olunan işlənmiş dəri məhsullarının Avropa İttifaqına ixracının həyata keçirilməsi üçün yerli müəssisələr Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə uğurla qəbul edilib.

İşlənmiş dəri məhsulları idxalçı ölkələrin tələblərinə və beynəlxalq protokola uyğun olaraq Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq göstəricilər üzrə müəyyən tezliklərlə müayinə olunacaq.

Artıq Azərbaycanda iki şirkətin işlənmiş dərinin ixracı ilə bağlı müsbət cavab alınıb. Növbəti addım kimi, yun, bal və digər heyvan mənşəli məhsulların mərhələlərlə Avropa İttifaqına ixracı üçün addımlar atılacaq.

Qeyd edək ki, ölkə üzrə gön-dəri emalı və tədarükü ilə məşğul olan müxtəlif müəssisələrdən ay ərzində 160 mindən çox nümunə Mərkəzi Baytarlıq Laboratoriyasına daxil olur. Burada dünyanın qabaqcıl ölkələrinin aidiyyəti strukturlarında təcrübə keçmiş mütəxəssislər peşə fəaliyyətini uğurla icra edirlər.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.