Prezident İlham Əliyev “Rossiya-24” kanalının “Mnenie” proqramı üçün müsahibə verib.
“Qafqazinfo”nun məlumatına görə, ölkə başçısı aparıcı Evelina Zakamskayanın suallarını cavablandırıb:
“Ölkəmiz üçün uğurlu il oldu. Azərbaycan uğurla inkişaf etdi. Əsas tərəfdaşlarımızla, ilk növbədə qonşu dövlətlərlə tarixi əlaqələrimizi möhkəmləndirdik. Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiya imzalandı. Hesab edirəm, bu, tarixi sənəddir. Çoxlu ikitərəfli görüşlər keçirildi. Bakıda Qoşulmama hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin səviyyəsində beynəlxalq forum keçirildi. Növbəti ildə isə sammit keçiriləcək və Azərbaycan bu beynəlxalq təşkilata rəhbərlik edəcək.
REKLAM
www.bakcell.com
Daha ətraflı
Native Video by Adributor
Daxili siyasi proseslərə gəldikdə, ölkə uğurla inkişaf edib, Azərbaycanın daxilində potensial risklər mövcud deyil. Xarici potensial risklərə gəldikdə isə, biz özümüzü onlardan uğurla müdafiə edə bilirik”.
İlham Əliyev 2018-ci ildə Azərbaycanın qazandığı iqtisadi uğurlardan da söz açıb: “İnflyasiya 2%-dən bir qədər artıq olub. Əhalinin gəlirləri 10%-dən çox artıb. Valyuta ehtiyatlarımızı artırmışıq. Bir sıra sosial məsələləri həll etmişik. Bu il təxminən 6 min məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub ki, bu da 30 minə yaxın insan deməkdir”.
İ. Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektoruna və qeyri-neft sənayesinə əsas diqqət ayrıldığını diqqətə çatdırıb.
Rusiya-Azərbaycan münasibətlərindən də danışan dövlət başçısı il ərzində rusiyalı həmkarı Vladimir Putinlə keçirilən 6 görüşün məhsuldar olduğunu vurğulayıb.
Rusiya-Türkiyə-Azərbaycanın enerji layihələrindən söz açan İlham Əliyev Cənub Qaz Dəhlizinin əhəmiyyətindən bəhs edib.
Dövlət başçısı Azərbaycanın energetika və geopolitika sahəsindəki uğurlarından, rus dilinin ölkədə tədrisindən danışaraq 2019-cu il üçün planlarını açıqlayıb.