İdmançını bıçaqlayan şəxslə bağlı rəsmi açıqlama

  • 29.10.2021
  • 0

Bir neçə gün əvvəl Azərbaycanı dünya arenalarında təmsil edən Fərid Bağırovun patrul.az vasitəsilə səlahiyyətli orqanlara müraciətini paylaşmışdıq. Xəbərlə tanış olmaq istəyənlər əvvəlki paylaşımlarımıza baxa bilər. Sonda Fərid Bağırov bizim vasitəmizlə səlahiyyətli orqanlardan xahiş etmişdi ki, onu bıçaqlayan şəxs barədə qanunamüvafiq, ədalətli şəkildə istintaq aparılsın.  

Məsələ "patrul.az"da paylaşıldıqdan sonra DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "patrul.az"a bildirdi ki, "əməli törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Namiq Məcidov tutularaq istintaqa cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətiimkan tədbiri seçilib. Hazırda Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq hərəkətləri davam etdirilir."

Nə düşünürsən?