AZ
Video yüklə

Ermənistan iqtisadiyyatı çökür

14 baxış Son xəbərlər
Ermənistanda enerji idxalının 80 faizini qaz təşkil edir və bu idxalın 85 faizi Rusiyadandır.

Ekspertlər bildirir ki, Ermənistanda qazın yeni tarifləri iqtisadiyyatın bir çox sahələrində qiymət artımına səbəb olacaq. Əhali mal və xidmətlərin bahalaşması ilə üzləşəcək. Bu, əmtəə bazarlarında və xidmətlərdə mövcud inflyasiyanı daha da artıracaq.

Ekspertlər bildirir ki, Rusiya-Ukrayna müharibəsində ən çox zərər görən Ermənistan olacaq. Ermənistanın emal sənayesinin məhsullarının tədarükü üçün əsas bazar Rusiya idi. Rusiya bazarında rublun son devalvasiyası, iqtisadi proseslərin ləngiməsi, istehlakçıların ödəmə qabiliyyəti tələbinin azalması səbəbindən erməni istehsalçıları artıq satış problemi ilə üzləşiblər. Qazın bahalaşmasının diktə etdiyi qiymət artımı həmin problemləri daha da artıracaq.

Qeyd edək ki, tariflər qüvvəyə mindikdən dərhal sonra sıxılmış təbii qazın qiyməti qalxıb. Yanacaqdoldurma məntəqələrində motor qazının qiyməti 7-8% artıb. Nəticədə isə sərnişindaşıma sahəsində qiymət artımları müşahidə olunub. Ekspertlər isə bunu hələ hələ başlanğıc hesab edirlər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.