İki gün əvvəl erməni Teleqram kanallarında Bakıda çəkildiyi bildirilən video paylaşılmışdı. Videoda Şəhidlər Xiyabanı və ətraf ərazilər görüntülənir. Görüntülər “Biz burdayıq” sözləri ilə yayılmışdı.
Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, görüntüləri çəkən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilərək saxlanılıb.
Həmin şəxsin erməni olmadığı bildirilir.
Görüntüləri çəkən şəxs barədə ətraflı məlumat əldə etməyə çalışırıq.