Paytaxtın elit istirahət məkanlarından biri hesab olunan “Sea Breeze”də yerləşən “BeerBasha Restaurant”da xoşagəlməz hadisə baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə restoranın digər müştərilərinin və ətrafdakı şəxslərin gözü qarşısında yaşanıb. İddialara görə, mübahisə sosial şəbəkələrdə Elita və Behri adları ilə tanınan iki məşhur bloger arasında baş verib.
Şahidlərin sözlərinə görə, tərəflər bir-birinə qarşı təhqiramiz ifadələr işlədib və mübahisə qısa müddətdə diqqət mərkəzinə çevrilib.
Maraq doğuran məqamlardan biri isə müxtəlif rəsmi və ictimai tədbirlərə dəvət alan blogerlərlə bağlı bundan sonra hansı mövqenin sərgilənəcəyidir.
Məsələ ilə bağlı “Sea Breeze”dən münasibət öyrənməyə çalışsaq da, sorğumuza cavab almaq mümkün olmayıb.































