AZ
Video yüklə

Əli Əhmədov Minsk qrupu həmsədrlərinə çağırış etdi

2 baxış Son xəbərlər
''Azərbaycanda həyata keçirilən islahatlar ölkə iqtisadiyyatını gücləndirib. Bu ilin ilk 4 ayının nəticələrinə əsasən ölkənin maliyyə imkanları yaxşılaşıb və vətəndaşlar bunu öz həyatlarında hiss edirlər''. Bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov bildirib. O qeyd edib ki, bir neçə gün bundan əvvəl dövlət başçısının imzaladığı sosial paket vətəndaşların rifah halının yaxşılaşması üçün nəzərdə tutulub.



Əli Əhmədov vurğulayıb ki, dövlətin siyasətinin mərkəzində azərbaycan vətəndaşı dayanır



Ümumdünya qaçqınlar gününə həsr edilmiş tədbirdə iştirak edən Əli Əhmədov azərbaycanın da qaçqınlar sarıdan əziyyət çəkən ölkələr arasında olduğuna diqqət çəkib. Onun sözlərinə görədağlıq qarabağ münaqişəsi olmasaydı azərbaycan daha güclü inkişaf edərdi.



Baş nazirin müavini bildirib ki, ATƏT-in Minsk qrupu 30 ilə yaxindir münaqişənin həllinə çalışır. Əli Əhmədovun sözlərinə görə Minsk qrupu bu müddət ərzində bir sıra işlər görsə də, bunun məcburi köçkünlərin həyatina heç bir təsiri olmayıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.