Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat etdi | Həlimə Əliyeva kimdir?

  • 14.06.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬

Əbülfəz Elçibəyin həyat yoldaşı vəfat etdi | Həlimə Əliyeva kimdir?


Azərbaycan Respublikasının ikinci prezidenti olmuş Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Türkiyədə vəfat edib. 

Milliyətcə azərbaycanlı olan Həlimə xanım 1952-ci ildə Naxçıvanda Dövlətovlar ailəsində dünyaya gəlib.

Orta təhsilli olan Həlimə xanım 1979-cu ildə Əbülfəz Əliyevlə ailə həyatı qurub. 

Həlimə Əliyeva Əbülfəz Elçibəyin prezidentliyi dövründə onun yanında görünmürdü. Buna səbəb onun  həm siyasətdən uzaq olması, həm də həyat yoldaşının prezidentliyi dövründə azyaşlı uşaqlarına baxması ilə bağlı olub. Onların Ərturqut adlı oğul və  Çilənay adlı qız övladları var.

Çilənay xanım Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli ilə ailə qurub. Onlar 2012-ci ildən Türkiyədə yaşayır.

Subay olan Ərturqut Əliyev isə hazırda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində çalışır.

Evdar qadın olan Həlimə xanım son vaxtlarda ilin böyük hissəsini doğma Kələki kəndində keçirərmiş. 

Bəzi mənbələrə görə o, ömrünün son zamanlarında xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Onun səhhəti dünən qəfildən pisləşib; dərhal İstanbulun Silivri rayonunda yerləşən xəstəxanaya aparılıb. Lakin bu gün – 14 iyun 2019-cu il tarixində Silivri xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Allah rəhmət eləsin!


Musqi: Battle Royale NEW 3:32 Au.Ra Pop | Karanlık


Nə düşünürsən?