AZ
Video yüklə

Dollarla bağlı vacib xəbər

102 baxış Son xəbərlər
Valyuta bazarında status-kvo qorunub saxlanılacaq ABŞ-ın mərkəzi bankının funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi gözlənildiyi kimi illik uçot dərəcəsini 0-0,25 faiz saxlayıb. Bu barədə maliyyə tənzimləyicisinin, rəhbərliyin iclasının nəticəsinə əsasən verdiyi xəbərdə deyilir. "Davam edən böhran yaxın vaxtlarda iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir edəcək və bu, orta müddətli perspektivdə iqtisadiyyat üçün əhəmiyyətli riskləri yaradır. Bu hadisələri nəzərə alaraq, komitə federal fondlar üzrə payın məqsədli diapazonunu 0-0,25 faiz səviyyədə saxlamağa qərar verdi", - deyə tənzimləyici bildirib. İqtisadçı-ekspertlər deyir ki, FED dünyadakı mövcud iqtisadi duruma uyğun qərar qəbul edir. Bundan əvvəl isə qurum uçot dərəcəsini iki dəfə azaltmışdı. Amma sonradan koronavirusun ABŞ-da daha çox yayılması nə eyni zamanda ştatların iqtisadiyyatına mənfi təsiri FED-in uçot dərəcəsini sabit saxlamaqla bağlı qərar qəbul etməsinə səbəb oldu. Dolların məzənnəsinin sabit saxlanılması həm də strateji məhsullara tələbə də təsir göstərir. Nəzərə alsaq ki, qlobal iqtisadiyyatın yenidən bərpası neft daxil olmaqla digər strateji məhsullara tələbi yenidən artıra bilər. Biz bunu son dövrlərdə brent markalı neftin qiymətində müşahidə etdik. Belə ki, neftin qiyməti əvvəlki günlərlə müqayisədə bir qədər bahalaşdı. O ki qaldı FED-in qərarının Azərbaycan valyuta bazarına təsiri, ekspertlər bunun baş verməyəcəyini deyir. Vüqar Bayramov deyir ki, FED-in qərarının Azərbaycan iqtisadiyyatına təsiri, strateji məhsul bazarında qiymətlərin necə dəyişməsindən asılı olacaq. Əgər həm valyuta bazarında qlobal stabillik yaranarsa və Avropa ölkələrində iqtisadi aktivliyin mərhələli bərpası nəticəsində neftə olan tələbin artması mümkün olarsa, bu Azərbaycana daxil olan valyutanın artmasına gətirib çıxara bilər. Ona görə də FED-in qərarının Azərbaycan iqtisadiyyatına təsiri daha çox neft bazarında qiymətlərin necə dəyişməsindən asılı olacaq.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.