AZ
Video yüklə

"Diqlas" ticarət mərkəzi ilə bağlı qərar verildi

6 baxış Son xəbərlər
Bakının Nizami rayonunda yanğının baş verdiyi "Diqlas" ticarət mərkəzində artıq söküntü işlərinə başlanılıb.



XəzərXəbər xəbər verir ki, bu barədə Nizami Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsindən bildiriblər. Qeyd olunub ki, artıq üç gündür ki, söküntü işlərinə başlanılıb:



"Həmin ərazidə iş getdiyi üçün təhlükəsizlik baxımından "Diqlas"ın ətrafı hasara alınıb. Hazırda söküntü yerinə bir neçə ağır texnika, ərazidən çıxarılan tullantı materialların daşınması üçün yük avtomobilləri də cəlb olunublar".



İcra Hakimiyyətindən əlavə ediblər ki, "Diqlas" ticarət mərkəzi ağır metal konstruksiyadan tikildiyi üçün söküntü işləri tez bir zamanda bitməyəcək: "Orada ən azı 1-2 aylıq iş var".

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.