DİN-dən "Rəisim" mahnısına reaksiya -

  • 17.05.2022
  • 0

Ötən gün gən müğənni Mujgan Ayxan tərəfindən ifa edilən “Rəisim” adlı mahnı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev  açıqlamasında istənilən müsbət  təbliğatın maarifləndirmədə faydalı olduğunu bildirib:

 

“Polisin fəaliyyəti insanlara görə yox, insanların əməllərinə görə dəyişir. Polis sıralarında olan hər bir əməkdaş xalqın övladıdır. Bu mənada görülən işlər, həyata keçirilən tədbirlər polisin fəaliyyətinin əsasını təşkil edir.

Ancaq hamı razı qala bilməz, çünki mübahisəlidir. Polisdən o insanlar razıdır ki, qanunlara ehtiramla yanaşır, ictimai münasibətlərə, hüquq qaydasına şərtsiz əməl edir”.

Nə düşünürsən?