Aptekdə tibbi maska tapmayan əksər insanlar onları ev şəraitində hazırlayır və yaxud da evdə hazırlayanlardan alıb istifadə edirlər.
Burada isə maraq doğuran bir məqam, sual var - evdə hazırlanan maskalar bizi hər hansı virusdan, xəstəlikdən qoruyurmu? Ümumiyyətlə, həmin maskalar standartlara cavab verirmi?
Məsələ ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.
Respublikanın baş infeksionisti Cəlal İsayev deyir ki, ev şəraitində hazırlanan maskalar heç bir qoruyucu təsirə malik deyil:
“Üz qoruyucuları ev şəraitində hazırlanarkən standarta uyğun olmur. Tövsiyə edirik ki, kimdə xəstəlik əlaməti varsa, asqırarkən, öskürərkən, heç olmasa ağzına salfet, yaylıq tutsun. Həmin o maska da salfet, yaylığın əvəzinə asqıranda ətraf mühitə yayılmasının qarşısını ala bilir”