AZ
Video yüklə

Bu kəndlərdə inəklərə də nal vurulur

4 baxış Son xəbərlər
Tovuzun ucqar dağ kəndləri olan Çataq, Hacılar və Kazımlıda inəklərə də nal vurulur.





Xezerxeber.az-ın məlumatına görə, səhər saatlarında dağın yamacına ötürülən mal-qara axşamadək dağlıq ərazidə otlayır. Gün ərzində 5-10 kilometr yol qət edən iribuynuzlu heyvanların rahat gəzməsi üçün maraqlı üsuldan istifadə edilir. Sakinlər dırnaqların zədələnməməsi üçün inəklərə nal vururlar. Bir heyvanın ayağına vurulan nal qət etdiyi yoldan asılı olaraq 6 ay və ya bir il müddətində yenisi ilə əvəz edilir.



Daha çox atın ayağında gördüyümüz bu nallar dəmir və ya polad materialdan hazırlanır. Atlardan fərqli olaraq isə inəklərin hər ayağına 2 ədəd nal vurulur.





Nal əsasən irigövdəli və sağılan inəklərə vurulur.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.