AZ
Video yüklə

Bir qrup müəllim şagirdlərinə belə dəstək oldu

17 baxış Son xəbərlər
Müxtəlif bölgələrdə fəaliyyət göstərən bir qrup müəllim virtual məktəbə və onlayn dərslərə qoşula bilməyən şagirdlərinə dəstək olublar. Onlar hərəkət məhdudiyyəti götürülən kimi həmin şagirdlərin olduğu ünvanlara yollanıblar. Xezerxeber.az-ın məlumatına görə, Şəkinin Qoxmuq kənd tam orta məktəbinin direktoru, ibtidai sinif müəllimi Kəmalə Həsənova və Göyçayda yaşayan, Ucarın Təzə Şilyan kənd tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyatı müəllimi işləyən Aynur İbrahimova da bu təşəbbüsə ilk qoşulanlardandır. Təhsil Nazirliyi nəzdindəki İnsan Resursları Mərkəzinin üzvü olan bu müəllimlərin təşəbbüsünə qısa müddətdə ölkənin bir çox bölgələrindən dəstək gəlib. Müəllimlər şagirdlərin təhsilə olan həvəsini daha da artırmaq üçün onlara müxtəlif dərs vəsaitləri də hədiyyə ediblər. Qeyd edək ki, bu, həmin müəllimlərin ilk belə addımı deyil. Onlar karantin dövründə maska tikib paylamaq və aztəminatlı ailələrdən olan şagirdlərinə yardım aparmaqları ilə də tanınıblar. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.