AZ
Video yüklə

Bakıda pulla dolu seyf oğurlandı

4 baxış Son xəbərlər
Yasamal rayonu Yeni Yasamal qəsəbəsində yerləşən UDT-TEXNIKA MMC şirkətinə məxsus içində külli miqdarda pul olan seyfoğurlanıb.

Bu barədəhüquq-mühafizə orqanlarından məlumat verilib.

Oğurluğun oktyabrın 13-də,saat 05:00-08:00 aralığında törədildiyi iddia edilir. Bu barədə polisə şirkətin sahibi, 1980-ci il təvəllüdlü Elsevən Quliyev məlumat verib. Zərərçəkən ifadəsində naməlum şəxslərinofisə pəncərədən girdiklərini, içində mindən çox manatvə təxminən 25 mindollarolan50x30 santimetr ölçüsündəki seyfi oğurladıqlarını bildirib.

Oğurluq barədə araşdırma Yasamal RPİ-nin istintaq şöbəsinin əməkdaşları tərəfindən aparılır.

Şübhəlilərin şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Lakinşirkət işçilərindən də kiminsə oğurluqda iştirak edə biləcəyi istisna edilmir.

Qeyd edək ki, UDT-TEXNIKA MMC şirkəti 2008-ci ildən bəri Cummins məhsullarının rəsmi dileridir. Onlar "Cummins” mühərrikləri, generatorları, "Fleetguard” filtrləri və bu kimi məhsulların satış xidmətini həyata keçirirlər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.