AZ
Video yüklə

Bakıda nəzarət postları yığışdırılıb?

5 baxış Son xəbərlər
Xüsusi karantin rejimi ilə əlaqədər Bakıda xeyli stasionar polis postları quraşdırılıb. Bu gün həmin postların əksərinin yığışdırılması ilə bağlı xəbərlər yayıldı. Ancaq çox keçmədi ki, Daxili İşlər Nazirliyi bu xəbərləri təkzib etdi. Bildirdi ki, postların sayının azaldılmasından söhbət gedə bilməz. Bakıda stasionar polis postlarının sayının azaldılması ilə bağlı xəbərlər yayılıb. Qeyd edilirdi ki, şəhər ərazisində quraşdırılan 70 müvqəti postdan 58-i artıq götürülüb. Ancaq çəkiliş apararkən bu xəbərlərin əksi ilə rastlaşdıq. Nəinki postların sayı azaldılıb, əksinə daha ciddi yoxlamalar həyata keçirilirdi. Paytaxt ərazisində postların yığışdırılması ilə bağlı yayılan xəbərlərə Daxili İşlər Nazirliyindən də rəsmi münasibət bildirilib. Baş dövlət yol polisi idarəsinin şöbə müdiri Kamran Əliyev bildirdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. Karantin rejmi tətbiq edilən bakı, sumqayıt, abşeron, gəncə, lənkəranda polis postlarının sayının azaldılmasından söhbət gedə bilməz. Nazirlik vətəndaşlardan bir daha, ciddi zərurət olmadan yaşayış ünvanını tərk etməməyi, eyni zamanda, müvafiq icazə ilə evdən çıxan hər bir şəxsdən mütləq qaydada tibbi maskadan istifadə etməyi və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamağı xahiş edir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.