AZ
Video yüklə

Bakıda ağacların kökünə beton töküblər

24 baxış Son xəbərlər
Bu gün "XəzərXəbər" olaraq paytaxt ərazisində 16 ağacın bilərək məhv edilməsinin qarşısını almışıq. Deməli, Səbail rayonu ərazisində ağacların dibinə beton tökülməsi barədə xəbər aldıqdan dərhal sonra əməkdaşlarımız hadisə yerinə gediblər. Faktla bağlı aidiyyəti qurumlara da məlumat verilib və onlar da öz əməkdaşlarını hadisə yerinə göndəriblər. Təcili müdaxilə ilə ağacların dibi təmizlənib və məhv olmasının qarşısı alınıb. 16 ədəd müxtəlif növdə sağlam ağacların dibini betonladılar. Hadisə paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadənin sözlərinə görə, araşdırma nəticəsində ağacların dibini ərazidə olan tikinti şirkətinin betonladığı məlum olub. Hikmət Əlizadə bildirdi ki, ağacların dibinin təmizlənməsi ilə bağlı tikinti şirkətinə göstəriş verilib və bitkinin ətrafı şirkətin işçiləri tərəfindən betondan təmizlənib. Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları da hadisə yerində olublar. ''Xəzər Xəbər''in müdaxiləsindən sonra ağacların məhv edilməsinin qarşısı alınıb və tikinti şirkəti barəsində ciddi tədbir görülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, faktla bağlı akt tərtib olunub və tikinti şirkəti hüquqi şəxs qismində 4 min manat məbləğində cərimə edilib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.