Azərbaycanda ötən illərdə vətəndaşlara saxta əlilliyə görə verilən ödənişlər və digər qanunsuz sosial ayırmaların geri qaytarılmasına ciddi nəzarət edilir.
Xezerxeber.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Sahil Babayev əlavə edib ki, artıq 11 min vətəndaş elektron pensiya sistemindən, 100 min vətəndaş isə e-sosial portalından yaralanıb.
Nazir ölkəmizdə özəl pensiya fondalarının fəaliyyəti üçün zəmin hazırlandığını da diqqətə çatdırıb.
Sahil Babayev bu ilin sonuna kimi ən azı 1 DOST mərkəzinin açılacağını bildirib. Hazırda fəaliyyətdə olan ilk DOST mərkəzində isə artıq 3 min vətəndaşa xidmət göstərilib.




























