Azərbaycanda dollarla bağlı vacib açıqlama

  • 28.03.2020
  • 0

“Fondun ehtiyatlarının daha çox hissəsi daşınmaz əmlakda və səhmlərdədir. İndi isə bilirik ki, bazarda hər ikisinin qiyməti düşməkdə davam edir. Qorxduğumuz senarinin daha çox davam edəcəyi təqdirdə isə bizim həmin aktivlərdən istifadə etmək məcburiyətində qalacağımız labüd görsənir. Bu halda isə dəyərindən daha aşağı qiymətə dəyişəcəyimiz anlamına gəlir ki, bu da itkilərimizi daha çox artıracaq”. Bu fikirləri Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin Sədri Ramil Abbasov Bizimyol.info-ya açıqlama verərkən səsləndirib. “Bildiyimiz kimi 2019-cu ilin sonundan etibarən Çin Xalq Respublikasında aşkarlanan koronavirus artıq dünyanın 199 ölkəsində insanlara yoluxub. Bu o deməkdir ki, bütün dünya ölkələrinin iqtisadiyyatları bundan mənfi təsirlərnir. Dövlətlər sahibkarları və əhalini pandemiyanın mənfi iqtisadi nəticələrindən qorumaq üçün yardımlar edir. Azərbaycanda da bu istiqamətdə artıq təkliflər hazırdır. Çox güman bazar ertəsi biz bu təkliflərin işləmə mexanizminin nədən ibarət olduğunu birlikdə görəcəyik. Heç kimə sirr deyil ki? iqtisadi aktivlik çox aşağı düşüb. Sərhədlərin bağlanması, ölkəyə idxalın azalması, daha çox qida məhsullarının idxalına üstünlük verilməsi dollara olan tələbatı azaldıb. Dövlət Gömrük Komitəsinin statistikasına nəzər salsaq? görürük ki, 2020-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsində idxalın payı keçən ilin analoji dövrü ilə müqayisədə 20%-ə yaxın azalma yaranıb. Mart ayında isə bu rəqəm daha da qalxacaq. Hesab edirəm ki, ticarət mərkəzlərinin bağlanması, ticarət dövriyyəsinin aşağı düşməsi və ümumiyyətlə daxili tələbin azalması bu ayın əvvəllərində neftin qiymətinin kəskin ucuzlaşması nəticəsində daxili valyuta bazarında yaranmış gərginliyi bir qədər yumşaldacaq. Belə olan halda təbii ki, bazarda dollara olan tələb azaldığından manatın məzənnəsinə təzyiqin azaldığını düşünürəm. Bu baxımdan da hazırda devalvasiya məsələsinin aktual olmadığına inanıram. Ən azından yaxın 3 ayda dolların bahalaşacağı inandırıcı deyil. Əgər bu vəziyyət uzun çəkərsə, o zaman dövlət çox gümanki buna gedəcək. Hələ ki, ehtiyatları nəzərə alaraq demək olar ki, devalvasiya olmayacaq. Neftin qiyməti isə tək OPEC və Rusiya münasibətlərinə görə deyil. Ən böyük problem koronavirusdur. Dünya ölkələrində, xüsusi ilə Çində zavod və müəssisələrin dayanması fonunda iqtisadiyyatda durğunluq yaranması neftə tələbatı azaltmışdır. Azərbaycan neftinin isə əsas alıcılarından sayılan İtaliya hal-hazırda iflic vəziyyətindədir. Bu vəziyyətin isə hələ bir neçə ay davam edəcəyini düşünürəm. Bu il Neft Fondundan büdcəyə 11.3 milyard manat transfer nəzərdə tutulub. Neftin qiymətinin düşməyi bu transferə tesir etmir, istənilən halda həmin məbləğ büdcəyə köçürüləcəkdir. İndiki halda dövlət qarşısında dayanan bir vəzifə isə neft fondunun aktivlərini daha az itkiylə xilas etməkdir. Digər bir variant kimi isə xaric borclanmaya gedərək kredit də götürmək də olar. Əgər dövlət borc strategiyasını dəyişsə”,- deyə iqtisadçı qeyd edib.