Azərbaycan İlahiyyat İnstitutunun 1 yaşı tamam olanda hazırladığım video

  • 15.06.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬


Azərbaycan İlahiyyat İnstitutu 1 yaşında


9 fevral 2019-cu ildə Azərbaycan İlahiyyat İnstitutunun bir yaşı tamam oldu.


Bakı şəhərində yerləşən Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasında ilahiyyat istiqaməti üzrə ixtisaslaşmış ali təhsil müəssisəsidir.


Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmışdır. Eyni Sərəncamla Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilmişdir.


İnstitutun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.


2018-ci ilin may ayının 31-də Prezident İlham Əliyev tərəfindən verilən sərəncamla Ceyhun Məmmədov instituta rektor təyin edilmişdir. 


13 sentyabr 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutunda ilk prorektor təyinatları həyata keçirilmişdir. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmri ilə dosent Mübariz Camalov Aİİ-nin Tədris işləri üzrə prorektor, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov isə Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilmişlər.


2018-ci ilin 17 sentyabr tarixində Azərbaycan İlahiyyat İnstitutunun açılış mərasimi keçirilmişdir.


2018-ci ildə İnstitutun Elmi Şurasının qəbul etdiyi Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının yaradılması haqqında qərarından və Şuranın Əsasnaməsinin qəbulundan sonra, İnstitut rektorunun əmri ilə İctimai Nəzarət Şurasının 9 nəfərdən ibarət tərkibi təsdiq edilmişdir. 13 dekabr 2018-ci ildə İctimai Nəzarət Şurasının ilk iclası keçirilmiş və təşkilati məsələlər müzakirə olunaraq, Şuranın sədri, sədr müavini və katibi seçilmişdir. 


2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurası yaradılıb və 7 nəfərdən ibarət tərkibi formalaşdırılıb. 2018-ci il dekabrın 27-də Himayəçilər Şurasının ilk iclası keçirilmiş və təşkilati məsələlər müzakirə olunmuş, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Himayəçilər Şurasının sədri seçilmişdir. 


Hazırda institutda bir fakültə - İlahiyyat, üç kafedra - İslamşünaslıq, Dinşünaslıq, Dillər və ictimai fənlər kafedraları vardır.


İnstitutda təhsil iki istiqamətdə, İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilir. Burada təhsil ödənişsizdir, tələbələr bütün fənlər üzrə pulsuz dərsliklərlə təmin edilirlər.


DQİDK tərəfindən Aİİ-nin bir tələbəsi üçün Heydər Əliyev adına təqaüd təsis edilmiş, Qafqaz Müsəlmanları İdarəsi də tələbələrdən biri üçün aylıq təqaüd ayrılmışdır.


Azərbaycan İlahiyyat İnstitutun magistraturasında Dinşünaslıq ixtisası üzrə - Dinin psixologiyası, Dinin sosiologiyası, Dinlər tarixi, İslamşünaslıq ixtisaslaşmaları üzrə təhsil verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 2019-cu il tarixli, 6 nömrəli Qərarına əsasən İnstitutda fəlsəfə doktoru üzrə doktorantura təhsilinin həyata keçirilməsi qərara alınmışdır.


Loqo müsabiqəsində Könül Məmmədzadənin təqdim etdiyi loqo nümunəsi müsabiqənin qalibi seçilmişdir. Multikulturalizmi və tolerantlığı əks etdirən loqonun tam mərkəzindəki əlləri səmaya yönələn "insan" simvolu Tanrı ilə ünsiyyəti, "kitab" - elmin əsas qaynağını, "zeytun budağı" isə sülhü və mənəviyyatı ifadə edir.


Azərbaycan İlahiyyat İnstitutunun elmi fəaliyyətinin əsas göstəricilərindən biri "Din araşdırmaları jurnalı"dır. İnstitutun təsis etdiyi "İlahiyyatçı" qəzetinin ilk nömrəsi 28 dekabr 2018-ci ildə çap edilmişdir. 


Azərbaycan İlahiyyat İnstitutunun müxtəlif elm sahələrini əhatə edən zəngin kitabxanası vardır.


Mərmərə, 29 Mayıs və Ankara universitetləri ilə əməkdaşlıq protokolları imzalanmışdır. Türkiyənin İstanbul 29 Mayıs Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, doktor Təyyar Altıkulac Azərbaycan İlahiyyat İnstitutu ilk fəxri doktorudur.


Musiqi 1: Mountain Jump 3:07 Coyote Hearing Rəqs & Elektron | Ruhlandırıcı

Musiqi 2: Relaxer 2:39 The Grand Affair Hip Hop & Rep | Sakit

Musiqi 3: Allegations of Investigations 1:59 Jesse Gallagher Sinematik | Dramatik

Musiqi 4: You Are My Rainbow 4:42 Unicorn Heads Kantri & Folk | Ruhlandırıcı

Musiqi 5: Jay Sweeps 3:32 Geographer Embient | Ruhlandırıcı

Musiqi 6: Salgre 1:42 Jimmy Fontanez/Media Right Productions Caz & Blyuz | Parlaq

Nə düşünürsən?