AZ
Video yüklə

Azərbaycan böyük təşkilata 2 il rəhbərlik edəcək

60 baxış Son xəbərlər
Ümumdünya Gömrük Təşkilatının ən böyük regionuna Azərbaycan rəhbərlik edəcək.



Xezerxeber.az-ın məlumatına görə, 28-i Avropa İttifaqının üzv dövləti olmaqla, 53 ölkənin daxil olduğu Avropa Regionuna rəhbərliklə bağlı qərar Rusiyanın Sank- Peterburq şəhərində verilib. Gömrük Xidməti Rəhbərlərinin Konfransında Azərbaycana rəqib kimi Yunanıstan göstərilsə də, təklif baş tutmayıb.



Daha sonra Azərbaycan nümayəndə heyyəti rəhbər seçiləcəyi halda görəcəkləri işlər, ölkəmizdə həyata keçirilən çoxsaylı islahatlarla bağlı bir daha məlumat verib və Böyük Britaniya, Rusiya , Türkiyə , Qazaxıstan kimi ölkələrin də dəstəyi ilə ölkəmiz rəhbər kimi təyin edilib.



Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov deyib ki, bu vəzifə ölkəmizə böyük üstünlüklər verəcək.



Yeni vəzifə həm də o deməkdir ki, bu illər ərzində gömrük sahəsindəki strateji görüşlər məhz Azərbaycanda keçiriləcək.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.