ATU-nun tələbələri "Demonn" MMC-də təcrübə keçdi

  • Bu gün 03:30
  • 0

Azərbaycan Texnologiya Universitetinin (ATU) bir qrup tələbəsi təcrübə üçün "Demonn" MMC-yə üz tutublar. Tələbələr burada şirkət rəhbərliyi ilə görüşüb, istehsalat prosesi ilə bağlı məlumat alıblar. 

 

32gun.az xəbər verir ki, tələbələr "Demonn" MMC-nin məhsullarının istehsal olunduğu Göygöldə yerləşən "Quseynoff" MMC-yə məxsus şərab zavoda yollanıblar.

 

Burada tələbələri şirkət rəhbərliyi və zavod sahibi Emin Hüseynov qarşılayıb. Zavodda, istehsalatda baş verən prosesləri başa salıb.

 

Tələbələr də öz növbəsində təcrübə üçün, göstərilən diqqət üçün "Demonn" şirkətinə, eləcə də iş adamı Emin Hüseynova xüsusi təşəkkürünü bildiriblər.

 

Emin Hüseynov da tələbələrə dərslərində, gələcək karyeralarında uğurlar arzulayıb.

 

Ayxan 

Nə düşünürsən?