Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edib. Xaçatryan tərcüməçi ilə təmin olunub, hüquqları izah olunub. Onun hüquqlarını vəkil Radmila Abdulova müdafiə edir. Məhkəmə prosesində meşəli soyqırımında zərərçəkən şəxslər ifadə verib. Zərərçəkənlərdən bəziləri təqsirləndirilən şəxsin onlara verdiyi işgəncələrdən danışıblar. Bu zaman Vaqif Xaçatryan zərərçənlərlə Azərbaycan dilində danışmağa başlayıb. O bildirib ki, müharibə dövründə onda silah olmayıb, bu hadisələr baş verəndə evdə oturubmuş.
Vaqif Xaçatryan qanunsuz silahlı hərbi birləşmələrin üzvləri ilə birlikdə azərbaycanlıların milli ləyaqətinin alçaldılmasında, milli mənsubiyyətlərinə görə hüquqlarının məhdudlaşdırılmasında və ermənilərin üstün olmalarına yönələn hərəkətlər edilməsində aşkar surətdə fəal iştirak edərək, 1988-ci ilin yay aylarında etibarən Xocalı rayonunun Meşəli kəndindən Ağdam, Xocalı, Xankəndi şəhərlərinə gedən azərbaycanlılara yollarda sistematik hücumlar təşkil edərək onları döymək, nalayiq sözlərlə təhqir etmək, öldürməklə hədələmək, əmlaklarını məhv etmək və onların fiziki məhvinə yönəlmiş digər əməllər törədib.Məhkəmə prosesi oktyabrın 18-i də davam etdirləcək