AZ
Video yüklə

Üzən saray istifadəyə verildi

21 baxış Maraqlı xəbərlər
Dünyanın ən böyük kruiz gəmisi sayılan "AİDAnova" istifadəyə verilib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ-ın "Carnival Corporation & plc" korporasiyasına daxil olan "AİDA Cruise" şirkətinə məxsus gəminin inşası 700 milyon avroya başa gəlib.
6600 sərnişinlik gəmidə 20 göyərtə, kazino, 17 restoran, 23 bar, dükanlar, istirahət mərkəzləri, akvapark, mini-qolf meydançası, trenajor zalları, spa salonları var.
"AİDAnova" dekabr ayında Kanar adalarına doğru ilk kruizə çıxacaq.
Nəhəng gəmi Almaniyanın Papenburq şəhərindəki "Meyer Werft" tərsanəsində inşa olunub.

Gəminin istifadəyə verilməsi ilə bağlı təşkil olunmuş təntənəli mərasimə 25 min tamaşaçı qatılmışdı. Mərasimdəki şouda məşhur DJ Devid Getta da çıxış edib.
Gəmidəki "AİDA" loqosu alman rəssam Feliks Büttnerin əsəridir. "AİDAnova"nun göyərtəsinə bu loqonu çəkmək üçün 50 litr qara, narıncı və qırmızı boyadan istifadə olunub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.