Tovuzda bəy öz toyunda uşaqlıq arzusunu reallaşdırıb. Vətənpərvər gənc toy karvanını üçrəngli dövlət bayrağımızla bəzəyib. Diqqət çəkən məqamlardan biri də odur ki, cütlük xoş günlərində ilk olaraq torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin məzarını ziyarət edib.
Ailə həyatı quran cütlük maraqlı addımları ilə diqqət çəkiblər... Tovuzrayonun vətənpərvər gənc müəllimlərindən olan Vasif Məmmədov uşaqlıq arusunu reallaşdırıb. O toy kartejini üçrəngli dövlət bayrağımızla bəzəyib.
Toy karvanı ilə gəlini götürməyə gələn gənc daha sonra maraqlı addım atıb. Onlarqız evindən piyada 5 km yol qət edərək şəhidlər xiyabanına gəliblər...
Gənc cütlük tər qərənfilləri xatirə abidəsinin önünə qoyduqdan sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib və ruhlarına dualar oxuyublar.
Buradan da toy evinə qədər 3 km yolu piyada qət edən cütlük şanlı bayrağımızı öpərək salona daxil olublar. Bundan sonra dövlət himnimizi hörmət və ehtiramla səsləndiriblər. Onların bu addımına qonaqlar da qoşulub və alqışl qarşılayıblar.