Qusarda köməksiz vəziyyətdə qalan cüyür balası xilas edilib
29 baxış
Maraqlı xəbərlər
Qusar sakini Rəvayət Nəzərov meşədə köməksiz vəziyyətdə qalan cüyür balasını xilas edib.
Rayonun Yasab kəndində yaşayan R.Nəzərov meşədə gəzərkən qəribə heyvan səsi eşidib. Səs gələn ərazini axtardıqda kolların içində ilişib qalan cüyür balasını aşkarlayıb. Anasından ayrı düşən bala cüyür təxminən bir aylıqdır.
R.Nəzərov cüyür balasını evinə gətirərək, ona iki gün qulluq edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cüyür balasını Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verəcəklər.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.