Mürəkkəb sözlərin yazılışı | Azərbaycan dilinin Orfoqrafiya Normaları - 6

  • 26.10.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬

Azərbaycan dilinin Orfoqrafiya Normaları  - 6. Mürəkkəb sözlərin yazılışı


6.1. Aşağıdakı hallarda sözlər bitişik yazılır:

6.1.1. bir vurğu ilə deyilən müxtəlifmənalı sözlər: arabir,

balacaboy, beşillik, beşmərtəbəli, bugünkü, dilucu, əmioğlu, bacıoğlu, xalaoğlu, gülərüz, günəbaxan, hərgecəki, köhnəfikirli,

qalxanabənzər, qanunvericilik, qarasaçlı, qurultayqabağı,

müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ucdantutma, ümumbəşəri,

yenifikirli və s.;

6.1.2. eyni feil kökünün təkrarı və a, ə, ha bitişdiriciləri

vasitəsilə yaranan mürəkkəb isimlər: qaçaqaç, kəsəkəs, gəlhagəl,

tutatut, vurhavur və s.;

Qeyd. Sözün kökü kar samitlə bitdikdə, ahəng qanununa görə

a, ə, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır. Gethaget sözü

istisnadır.

6.1.3. eyni sözün təkrarı və ba, bə bitişdiriciləri vasitəsilə

yaranan mürəkkəb zərflər: addımbaaddım, aybaay, günbəgün, ilbəil

və s.

6.2. Tərkibində aero-, aqro-, audio-, avia-, avto-, ekzo-,

endo-, elektro-, foto-, makro-, mikro-, mini-, mono-, multi-,

nano-, neo-, oksi-, oliqo-, paleo-, para-, post-, proto-, psevdo-,

psixo-, stereo-, super-, tele-, termo-, trans-, ultra-, ümummorfemləri olan mürəkkəb sözlər bitişik yazılır: aeroklub,

aqromüxtəliflik, audioəlaqə, aviasalon, avtopark, endoplazma,

mikrocərrahiyyə, elektromaqnit, fotoçəkiliş, miniavtobus,

monopredikativ, monokristal, multimilyonçu, nanotexnologiya,

nanohissəcik, neofaşizm, neorealizm, oksitetrasiklin, oliqofreniya,

paleoxəritə, paramaqnetizm, postsovet, psixonevroloji,

postmodernizm, prototürk, stereotəsvir, superdövlət, supermarket,

teletamaşa, termoaçar, transmilli, ultrasəs, ümumbəşəri və s.

Qeyd. Bu morfemlərin bəziləri xüsusi isimlərə qoşulduqda,

defislə yazılır: trans-Asiya, trans-Avropa, trans-Avrasiya, transQafqaz, paleo-Azərbaycan, proto-Azərbaycan, ümum-Azərbaycan,

ümum-Avropa və s.

6.3. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı

mürəkkəb sözlər defislə yazılır:

6.3.1. qoşa sözlər: adda-budda, aşıq-aşıq, az-maz, dedi-qodu,

əzik-üzük, həlləm-qəlləm, kağız-kuğuz, qara-qura, qonaq-qara, sürsümük və s.;

6.3.2. tərkibində art-, eks-, əks-, kontr-, qeyri-, ober-, veb-,

vitse- morfemləri olan mürəkkəb sözlər: art-obyekt, eksprezident, əks-səda, kontr-admiral, qeyri-adi, qeyri-iradi, oberleytenant, veb-dizayner, veb-səhifə, vitse-admiral;

6.3.3. izafət birləşmələri: həddi-büluğ, külli-aləm, külli-ixtiyar,

nöqteyi-nəzər, tərcümeyi-hal, tərzi-hərəkət və s.;

6.3.4. mürəkkəb coğrafi sözlər: cənub-qərb, şərq-qərb, şimalşərq və s.;

6.3.5. tərkibində mənaca bir-birinə yaxın və ya əks anlayışları

bildirən sözlər: ab-hava, adlı-sanlı, ağıllı-kamallı, az-çox, baş-ayaq,

dərə-təpə, dinməz-söyləməz, elə-belə, gec-tez, iki-üç, naz-qəmzə,

nəvə-nəticə, ölüm-itim, pis-yaxşı, söz-söhbət, təhvil-təslim, ucsuzbucaqsız və s.;

6.3.6. ölçü vahidlərini bildirən isimlər: kiloelektron-volt, kilovatsaat, qram-kalori və s.;

6.3.7. birinci tərəfi sifətin dərəcə əlaməti kimi işlənən açıq və

tünd sözlərinin, eləcə də müəyyən məna çaları bildirən ala sözünün

iştirakı ilə yaranan mürəkkəb sifətlər: açıq-sarı, tünd-göy, ala-seyrək

və s.

Qeyd. Tərkibində təhər morfemi olan sifətlər istisnadır: bu cür

sözlər bitişik yazılır: göytəhər, sarıtəhər və s.


Musiqi: Musik Von Melodies 4:59 Mylar Melodies Rəqs & Elektron | Xoşbəxt

Nə düşünürsən?