AZ
Video yüklə

Məktəbin bağbanına 289 milyon dollar veriləcək - dünyada ilk dəfə

6 baxış Maraqlı xəbərlər
Dünyanın ən böyük herbisid və toxum istehsalçılarından olan "Monsanto" korporasiyası amerikalı Dueyn Consona təzminat qismində 289 milyon dollar ödəməlidir.
Milli.Az ABC-yə istinadən bildirir ki, San-Fransisko məhkəməsinin qərarına görə, 46 yaşlı sabiq bağbanın səhhətinə dəymiş ziyana görə təzminat məhz bu məbləğdə olmalıdır.
Dueyn Consonun vəkili Timoti Litsenburq "Monsanto" korporasiyasınlan təzminat qismində 439 milyon dollar istəyirdi.
Consonun dediyinə görə, bağban işləyəndə istifadə etdiyi, "Monsanto"nun istehsalı olan "Roundup" herbisidi onda qan xərçəngi yaradıb.
"Raundup" alaq otları ilə mübarizədə istifadə olunan qeyri-selektiv herbisid olan qlifosatdır.
D.Conson "Monsanto" korporasiyasından təzminat tələb edən yüzlərlə amerikalıdan biridir

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.