Məkkəgülü çayı nədir? Karkade / Hibiskus / Məkkəgülü çayının möcüzəvi faydaları və zərərləri

  • 11.01.2020
  • 0

#hibiskus #məkkəgülü #karkade


Məkkəgülü çayı nədir? Məkkəgülü çayının möcüzəvi faydaları və zərərləri


Gördüyünüz bu armudu stəkandakı çay məkkəgülü çayıdır. Bu çay məkkəgülü çiçəyinin qurudulmuş ləçəklərinin dəmlənməsi ilə hazırlanır.


Məkkəgülü  çayının dəmlənməsi olduqca sadədir. Eynilə qara çayı dəmlədiyimiz kimi, qaynayan suyun üzərinə bir miqdar Məkkəgülü əlavə edilərək, dəmlənməyə qoyulur. Təxminən 3-5 dəqiqə sonra çay hazır olur.  Məkkəgülü çayı həmçinin zəncəfil, yaşıl çay, qara çayla qarışdırılaraq da hazırlana bilər. Bu bitkidən hazırlanan çayın qış aylarında bədən üçün xüsusi faydası vardır. Məkkə gülü bitkisinin dəmləməsini il boyu içə bilərsiniz.


Üzvi turşularla da zəngin tərkibi ilə məkkəgülü çayı bir çox xəstəliklərin təbii dərmanıdır. Onun bədənə şəfa verdiyi və təravətləndirdiyi elmi araşdırmalarla da sübut edilmişdir. Bu bitki C vitamini ilə zəngindir ki, həmin vitamin sayəsində bir çox xəstəliklərin yaranması əngəllənir.


Bu içkinin dadı turşməzə, rəngi qırmızı və xoş ətri var. Zövqə uyğun olaraq, isti və ya soyuq şəkildə içilir. İçkiyə dad vermək üçün şəkər və ya bal əlavə etmək olar. Ramazan ayı vaxtı oruc tutanlar üçün sahurda içmək tövsiyə olunur.


Latınca “hibiscus” adlanan məkkəgülünün geniş yayılmış digər adları roselle, kerkede və karkadedir. Həmçinin onu narçiçəyi, yamaykagülü, Misir qızılgülü və başqa adlarla da adlandırırlar. Əməköməcilər fəsiləsinə aiddir.


FAYDALARI

Məkkəgülü antioksidantlara zəngin olduğundan orqanizmi cavanlaşdırır, onu azad radikalların təsirindən qoruyur, xoşxassəli və bədxassəli şişlərin yaranmasının qarşısını alır. Bədənin ümumi tonusunu normasında saxlayan bu içki orqanizmin immun sistemini gücləndirir, xəstəliklərə qarşı müqavimətini artırır, orqanizmi mikroblardan qoruyur.


Məkkəgülü çayı qan təzyiqi və 2-ci tip şəkərli diabet xəstəlikləri üçün olduqca faydalıdır. Bu çayı soyuqdəymə və qripin profilaktikası üçün ən təsirli vasitə hesab etmək olar. Öskürəyə qarşı da xeyirlidir və xəstəlik zamanı yüksək temperaturu normaya salır. Məkkəgülü çayı qan damarlarını möhkəmləndirir, qanda xolesterinin miqdarını azaldır, damar tıxaclarının yaranmasının qarşısını alır.


Məkkəgülü çayının orqanizmə faydalarından biri də onun sinir sisteminə müsbət təsir göstərməsi, əsəb gərginliyini, fiziki və zehni yorğunluğu aradan qaldırmasıdır. Tərkibində kversitin elementi olduğuna görə məkkəgülü çayı göz yorğunluğunu da götürür, görmə qabiliyyətini yaxşılaşdırır. Kompüter qarşısında saatlarla oturanlar üçün isə bu çay ən yaxşı içki hesab edilir.


Məkkəgülü çayı qaraciyərin fəaliyyətinə də müsbət təsir göstərir. Ödqovucu xassəyə malik olan bu çay, öd ifrazını normallaşdırır. Zərərli maddələrin orqanizmdən xaric olmasına kömək edir.

Böyrək iltihabı zamanı xeyirlidir, sidikqovucu xassəyə malikdir. Həmçinin piylənmənin qarşısını alır, arıqlamaq istəyənlər üçün effektli vasitədir. Piylənmə ilə mübarizə xüsusiyyətinə görə diyetoloqların ən çox məsləhət gördüyü çay məhz məkkəgülü çiçəyindən hazırlanan çaydır.


Məkkəgülü çayı kişi sağlamlığı üçün də xeyirlidir. O potensiyanı gücləndirir, cinsi fəallığı artırır.


ZƏRƏRLƏRİ

Amma bütün bu faydalarına baxmayaraq, məkkəgülü çayının zərərli xüsusiyyətləri də var. Belə ki, turşuluq səviyyəsi yüksək olduğu üçün mədə xorası və qastrit xəstəlikləri olanlar məkkəgülü çayından məhdudiyyətlə istifadə etməlidirlər. Çünki, bu içki mədə şirəsinin turşuluq dərəcəsini artırır. O cümlədən öd daşı xəstəliyinin kəskinləşdiyi dövrdə də məkkəgülü çayından istifadə etmək məsləhət görülmür. Həmçinin hamilələrə, uşaq əmizdirən qadınlara da məkkəgülü çayı məsləhət görülmür.


TarPas kanalının təqdimatı: https://youtu.be/xtoXlnTmCQw


TarPas kanalı "bax.tv"də: https://bax.tv/az-channel/605.html

TarPas "twitter"də: https://twitter.com/Cekli829


Musiqi: YouTube Library

Tea for Tat NEW 2:42 Verified Picasso Pop | İlham Verici

Nə düşünürsən?